Hollivud aktyoru Jan-Klod Van Damm Ukraynanın Zakarpat vilayətinin inzibati mərkəzi olan Ujqorod şəhərində görüntülənib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi ilə foto sosial şəbəkədə yerli həkim Mixail Erşov tərəfindən yerləşdirilib.

Məlumata görə, sənətçi uzun illərdir ukraynalı Alena Kaverina ilə münasibətdədir. Xüsusilə, iki il əvvəl Van Damm Kiyevdə çəkiliş apararkən cütlüyün Fairmont şəhərinin ən bahalı otellərindən birində yaşadığı bildirilir. 

Ağarza Elçinoğlu