Türkiyənin Ərzincan bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Afet ve Acil Durum İdarəçiliyi Rəhbərliyindən (AFAD) məlumat verilib. 

Refahiye rayonunda baş verən təbiət hadisəsi 7,05 kilometr dərinlikdə qeydə alınıb. 

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 3,8 olduğunu açıqlayıb.

Ağarza Elçinoğlu