Rusiya Xarici İşlər Nazirliyi Rusiya bayrağının təhqir olunması ilə əlaqədar Finlandiyanın demarşını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında məlumat verilib.

Dərc edilmiş bəyanatda deyilir ki, dekabrın 6-da Finlandiyanın Müstəqillik Günü şərəfinə keçirilən kütləvi yürüşlər zamanı bir qrup şəxs Rusiya bayrağını yandırıb.

Hadisəyə reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi diplomatik demarş həyata keçirib və bu zaman bildirilib ki, bu hadisə Moskvada "dövlət simvolunun görünməmiş qəbuledilməz təhqiri kimi qiymətləndirilib".

"Finlandiya hökumətindən bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə belə ekstremist hiylələrin baş verməməsi üçün tədbirlər görülməsi tələb olunub", - nazirliyin mətbuat xidməti açıqlayıb. 

Ağarza Elçinoğlu