Amerika əsgərləri yerli xüsusi təyinatlılara Əl-Qaidə terror təşkilatı ilə mübarizə aparmağa kömək etmək üçün Somalidəki Baledoql Hərbi Hava Qüvvələri bazasına qayıdıblar.

"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat dərc edib. 

2020-ci ildə ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp demək olar ki, bütün Amerika hərbi kontingentini Somalidən çıxarmaq qərarına gəlib. Məlumata görə, bu qərar "Hərəkat əl-Şəbab əl-Mücahidin" terror qruplaşmasının böyüməsinə səbəb olub, ABŞ-ın kəşfiyyat məlumatları təqdim etmək və Somali qoşunlarına havadan dəstək vermək qabiliyyətinə mane olub, həmçinin hərbi obyektlərin tikintisini gecikdirib. 

2021-ci ilin yazında Amerikanın hazırkı prezidenti Cozef Bayden Pentaqonun ABŞ ordusunun Somaliyə qaytarılması təklifi ilə razılaşıb. Oraya 500-dən az ABŞ xüsusi təyinatlısının yerləşdiriləcəyi, onların regionun digər nöqtələrindən istiqamətləndiriləcəyi qeyd edilib.

Ağarza Elçinoğlu