Türkiyənin Sultanbeyli bölgəsində 3 mərtəbəli bina çöküb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, binanın girişində infrastruktur işləri aparılarkən torpaq sürüşməsi binanın çökməsinə səbəb olub. 

Hadisə yerinə yanğınsöndürənlər, səhiyyə və polis qrupları cəlb edilib.

Briqadalar çökmüş binanın altında qalan Turan Tuna adlı şəxsi çıxarmaq üçün işə başlayıb. Bütün səylərə baxmayaraq, fəhlə hadisə yerində həyatını itirib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ağarza Elçinoğlu