İtaliya prezidenti Sercio Mattarellanın koronavirus testi müsbət çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə dekabrın 10-da ANSA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, 81 yaşlı dövlət başçısının qızdırması var, onun iştirakı ilə baş tutuacaq bütün tədbirlər təxirə salınıb. Qeyd olunur ki, siyasətçi vəzifələrini yerinə yetirməyə davam edir və prezident Quirinal sarayında özünü təcrid edir.

Sergio Mattarella əvvəllər Romadakı Spallanzani İnstitutunda koronavirusa qarşı peyvənd olunmuşdu.

Ağarza Elçinoğlu