"Mandous" qasırğası Hindistanın cənubunda həyatı iflic edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 4 nəfər həlak olub. 

Tamil Nadu əyalətində saatda 75 kilometrə çatan güclü külək və leysan bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub, bir çox tikiliyə ziyan vurub, yüzlərlə ağacı aşırıb. 

Əyalətdə 185 ev və kottecə ziyan dəyib.

Tamil Nadu hökuməti tərəfindən təbii fəlakət bölgəsində sığınacaq kimi də fəaliyyət göstərən 5 min yardım məntəqəsinin yaradıldığı, indiyədək evlərindən təxliyə edilən 9 min vətəndaşın sığınacaqlara yerləşdirildiyi bildirilir.

Ağarza Elçinoğlu