Türkiyənin Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb.

Hadisə nəticəsində 1 mülki vətəndaş və 8 polis əməkdaşı yaralanıb.

Əraziyə  təhlükəsizlik qüvvələri cəlb edilib. Partlayışın baş vermmə səbəbləri araşdırılır.