Rusiya Federasiyasının Ukraynaya hücumu nəticəsində 449 uşaq həlak olub, 859-u yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

"2022-ci il dekabrın 16-da səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1308-dən çox uşaq xəsarət alıb. 449 uşaq ölüb, 859-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Seymur Əli