Almaniyanın paytaxt şəhəri Berlində yerləşən dünyanın ən böyük akvariumu partlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 milyon litr su əsas yola tökülüb. Bildirilir ki, silindr formalı 25 metr hündürlüyə sahib akvariumda müxtəlif növ 1500 balıq olub. Balıqların hamısının tələf olduğu bildirilir. 

Berlin polisinin məlumatına görə, iki nəfər yaralanıb - onlar qəlpə yaraları alıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.