TikTok sosial şəbəkə platforması Rusiyadakı işçilərini ixtisar etməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu haqda "Ria novosti" məlumat yayıb. 

"Bu il biz Rusiyada xidmətimizin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul etmək məcburiyyətində qaldıq və indi təəssüf ki, ölkədəki ştatları ixtisar etməli olacağıq. Biz bu əməkdaşları və platformanın inkişafına verdiyi töhfələri dərindən qiymətləndiririk və bu çətin vaxtda onların dəstəyinə zəmanət veririk. Biz tamhüquqlu xidmətin təhlükəsiz bərpası ilə bağlı qərar qəbul etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam edəcəyik" deyə, açıqlamada qeyd edilib.