Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Qətərə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Prezident Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ərdoğan DÇ-nin açılış mərasimində də iştirak edib.