Rusiya Müdafiə Nazirliyi qitələrarası hipersəsli “Avanqard” raket kompleksinə malik alayın Orenburq vilayətində təlimlər keçdiyini bildirib.

"Unikal" xəbər verir ki, Putinin “məğlubedilməz” kimi xarakterizə etdiyi raket sisteminin xüsusiyyətləri diqqəti çəkib. 

Bildirilir ki, hipersəs başlı raket səs sürətini 20 dəfə artıra bilir, üstün manevr qabiliyyəti ilə yanaşı, 9 kilometr yüksəklikdə uça bilir.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəzi yeni strateji silahlar kimi “Avanqard”ı “məğlubedilməz” adlandırıb.