Terror təşkilatı İŞİD İraqın Diyala vilayətində dinc sakinlərə hücum edib

"Unikal"  xəbər verir  ki, terrorçular şəhərdə mülki avtomobilləri atəşə tutublar.  İnsident nəticəsində 7 mülki vətəndaş həyatını itirib, 6-sı yaralanıb.

Son zamanlar Diyala, Kərkük və Tuzhurmatu bölgələrində hücumlarını artıran terror təşkilatı İŞİD-a qarşı əməliyyatlar davam edir.