Liviyada məhkəmə 17 nəfəri "İslam Dövləti" qruplaşmasına qoşulmaqda və onun adından cinayət törətməkdə təqsirli bilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tripoli məhkəməsi həmin şəxslər barəsində ölüm hökmü çıxardıb. 

Bildirilir ki, onlar İD-yə aid digər hərəkətlərdə və “dövlət və ictimai sülhə” qarşı hücumlarda, həmçinin qərbdəki Sabratha şəhəri və onun ətraflarında “silahlı zorakılıq”da təqsirli biliniblər.

Həmçinin, məhkumlar 53 nəfərin ölümündə təqsirli biliniblər. 

Seymur Əli