Ukrayna prezidenti Volodimir Zelenski bu gün, dekabrın 20-də Donetsk vilayətinin Baxmut şəhərinə gəlib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Freedom" məlumat yayıb.

"Ukrayna prezidenti Volodimir Zelenski Baxmuta elan olunmamış səfər edib", - KİV qeyd edib. 

Bildirək ki, 300 gündür davam edən Rusiya-Ukrayna müharibəsində hazırda Baxmut bütün cəbhə xəttinin ən qaynar nöqtəsi olaraq qalır. Rus qüvvələri hər gün şəhəri birbaşa artilleriya atəşi ilə vurur, bombalar və raketlər ataraq bütün rayonları yerlə-yeksan edirdilər.

Gülayə  Mecid