Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Şebekinski şəhər dairəsinin atəşə tutulduğunu elan edib.

"Unikal" xəbər verir ki, o, bu barədə öz  "Telegram" kanalında məlumat paylaşıb. 

İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində bir nəfər yaralanıb və o xəstəxanaya yerləşdirilib. Atışma nəticəsində elektrik enerjisi də kəsilib. 

Bundan əvvəl Qladkov Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutduğunu bildirib. Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.