Cari ilin 11 ayında Rusiyada cinayətlər nəticəsində 20 minə yaxın insan dünyasını dəyişib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu məlumatlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 2022-ci ilin yanvar-noyabr aylarında cinayətkarlığın vəziyyəti ilə bağlı materiallarında təqdim olunub.

“Kriminal hücumlar nəticəsində 19,6 min nəfər həlak olub ki, bu da 2021-ci ilin göstəricisindən 9,6 faiz azdır, 29,8 min nəfərin səhhətinə ciddi ziyan dəyib”, -  materialda deyilir.

Ümumilikdə bu il Rusiyada 1 823 min cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azdır.