Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

"Unikal" xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Hadisə yerli vaxtla saat 03:00 radələrində Diyarbəkir-Salavan yolunda baş verib.

Qəza nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Avtobus sürücüsü saxlanılıb. Araşdırmalar davam edir.