Son 24 saatda Yaponiyada 460-dan çox insan COVID-19 pandemiyasının qurbanı olub. Ölkə koronavirusdan gündəlik ölüm hallarının sayına görə antirekordu yeniləyib.

"Unikal" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Yaponiyada sutka ərzində 230 mindən çox yoluxma halı aşkarlanıb. Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstərici olmasa da, bir sıra regionlarda yoluxmuş insanların sayı yeni antirekord müəyyənləşdirib.

Mütəxəssislər yanvarın ikinci yarısında yoluxmaların sayında kəskin artımın olacağını deyiblər. Onların sözlərinə görə, həmin dövrdə gündəlik yoluxma halları 450 mindən çox ola bilər.