Qaz nəqli sistemində baş verən qəzaya görə İranın Türkiyəyə yanacaq tədarükü 70 azalıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Botaş” kompaniyası məlumat yayıb.

“İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. İran tərəfi bu barədə bizi məlumatlandırıb və qəzanın aradan qaldırılması üçün lazımi addımların atılacağını deyib”, - məlumatda qeyd olunub.

“Botaş” kompaniyası tədarük bərpa olunana qədər ölkənin qaza olan tələbatını yeraltı anbarlar hesabına ödəyəcək.