Çinə giriş və çıxışa dair qaydalar yumşaldılır.

"Unikal" xəbər verir ki, bu gündən Çinə xaricdən gələnlər üçün 3 ildir davam edən məcburi karantin rejimi ləğv edilib.
Artıq xaricdən gələnlərin neqativ koronavirus testi təqdim etməsi yetərli olacaq. Test 48 saat müddəti əhatə etməlidir.

Artıq bu gündən Pekin aeroportlarında xaricdən və Çinin digər regionlarındaq gələnləri ayıran baryerlər də götürülüb. Aeroportlarda qoruyucu geyimlərdə olan əməkdaşlar da artıq yoxdur.