Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Afrika ölkələrinə rəsmi səfərə çıxıb.

"Unikal" xəbər verir ki, Çavuşoğlunun ilk dayanacağı Cənubi Afrika olub.

XİN rəhbəri Afrika, Zimbabve, Ruanda, Qabon və Sao Tome və Prinsipenin daxil olduğu Afrika turunun ilk dayanacağı Cənubi Afrika olub. Çavuşoğlu, paytaxt Cape Tovnda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən bərpa işləri aparılan Sultan II. Əbdülhəmidin adını daşıyan Nurul Həmidiyyə məscidini ziyarət edib.

Çavuşoğlu sosial media hesabında "Bütün qurumlarımızla əməkdaşlıq edərək bütün dünyada mədəni irsimizi qoruyuruq" deyə qeyd edib.