İranda davam edən etiraz aksiyalarında 70-i uşaq olmaqla, 519 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda 698-i tələbə olmaqla 19291 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.