"Hakimiyyət Qarabağda vətəndaşları nəyinsə təhdid etdiyini görsə, başqa variantlar axtarmalı olacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, mətbuat konfransında vurğulayıb ki, Ermənistan Rusiya sülhməramlılarının mandatını uzatmaya bilməz. Paşinyan Moskvaya sülhməramlıların region əhalisinin təhlükəsizliyini təmin edə bilməyəcəyi təqdirdə Qarabağa çoxmillətli missiyanın göndərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında təşəbbüs göstərməyi təklif edib.