Ötən həftə Afinadakı evində insult keçirən Yunanıstanın sonuncu kralı Konstantin 82 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, 1964-cü ildə atası Kral Paulun ölümündən sonra taxta çıxan və Yunanıstanın ən keşməkeşli vaxtlarında ölkəni idarə edən Konstantin 1967-ci il hərbi çevrilişindən sonra ölkədən qaçıb.

O, 1973-cü ilə qədər Romada sürgündə yaşayıb. 

II Konstantin həm də İngiltərə kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filipin əmisi oğlu və Şahzadə Uilyamın xaç atası idi. Bir müddət Yunanıstan vətəndaşlığından məhrum edilən keçmiş Kral Afinaya qayıtmadan əvvəl illər boyu ailəsi ilə birlikdə Londonda yaşayıb.

Xroniki ürək problemləri olan Konstantinos həyatının son illərini əlil arabasında keçirib.