ABŞ Dövlət katibi Entoni Blinken bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
"Tərəflər Rusiyanın Ukraynaya əsassız işğalının birinci ildönümü ərəfəsində və ondan sonrakı dövrdə təhlükəsizlik və iqtisadi yardımın davam etdirilməsinə diqqət yetiriblər. Dövlət katibi Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı və sarsılmaz dəstəyini vurğulayıb", - deyə Prays bildirib.