Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə zərbə endirdiyi ehtimal olunur. 

"Unikal" “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib. 

O bildirib ki, Rusiya ya ballistik raketlərdən, ya da ballistik trayektoriya üzrə uçan S-300-lərdən istifadə edib: “Məhz buna görə də biz həmin raketləri havada zərərsizləşdirə bilməmişik”. 

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbələri endirib. İlin məlumata görə itki yoxdur, amma yaşayış evlərinə ziyan dəyib.

***

12:57

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

"Unikal" “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib. O qeyd edib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.