Ukraynanın hər yerində yenidən hava xəbərdarlığı elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatlarına əsasən, xəbərdarlıq gün ərzində altıncı dəfə səslənib. 

Ümumi ölkə ərazisində isə bir gündə ilk dəfə xəbərdarlıq olunub. 

Məlumata görə, Rusiya ordusu artıq bir neçə bölgəni raket atəşinə tutub. 

Ağarza Elçinoğlu