Braziliyanın keçmiş ədliyyə və ictimai təhlükəsizlik naziri Anderson Torres hava limanında həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN Brazil" məlumat yayıb.

Qeyd olunur ki, ilin əvvəlindən paytaxtın təhlükəsizlik idarəsinə rəhbərlik edən eks-nazir ABŞ-dan Braziliyaya qayıtdıqdan sonra tutulub. 

Torres yanvarın 8-də Braziliyanın ən yüksək hakimiyyət orqanlarının binalarında baş vermiş qırğınlara və iğtişaşlara göz yummaqda ittiham olunur.

Ağarza Elçinoğlu