Rusiyanın Ukraynaya hücuma başlamasından bu yana Volodimir Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi edilib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Independent" qəzeti yazıb.

Nəşrin məlumatına görə, sui-qəsd cəhdlərindən ən azı ikisinin qarşısı Ukraynadakı ABŞ kəşfiyyatı tərəfindən alınıb.

Xatırladaq ki, ötən ilin may ayında Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak Zelenskiyə qarşı ondan çox sui-qəsd edildiyini bildirib.