ABŞ-ın Florida ştatının Fort-Pirs şəhərciyində atışma baş verib, 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisə Luis Elis Parkda hüquq müdafiəçisi Martin Lüter Kinqin irsinə həsr olunmuş tədbir zamanı baş verib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılmasına çalışır.