Ukrayna Silahlı Qüvvələri Slovakiya istehsalı olan "Zuzana 2" özüyeriyən haubitsalarını qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

"Bu, həm də Slovakiyanın "Konstrukta-Defens" dövlət səhmdar cəmiyyəti vasitəsilə keçən iyun ayında bağlanmış alqı-satqı müqaviləsi əsasında Ukraynaya təhvil verməyi öhdəsinə götürdüyü səkkiz "Zuzana" özüyeriyən haubitsadan sonuncusudur", - Baş Qərargah bildirib.

Səkkiz özüyeriyən haubitsanın tədarükü üzrə müqaviləni yerinə yetirməklə yanaşı, "Konstrukta-Defens" Ukrayna üçün Danimarka, Almaniya və Norveç tərəfindən birgə maliyyələşdirilən bu tipli avadanlıqdan daha 16 ədəd istehsal edəcək.

Ağarza Elçinoğlu