Meksikanın şimal-qərbində mikroavtobusun uçuruma aşması nəticəsində 3 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, Meksikanın Naukalpan şəhərində magistral yolda meydana gələn qəzada mikroavtobus 2 avtomobillə toqquşaraq uçuruma yuvarlanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib.

Qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.