Moskvanın mərkəzindəki Teterinski ərazisində binanın damına "Pancir-S1" tipli zenit sistemi yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumata görə, raket sistemi Ukrayna PUA-larının mümkün hücumlarını dayandırmaq üçün əraziyə gətirilib. 

Bundan əvvəl S-400 sistemlərinin Rusiya paytaxtının bir sıra regionlarında, o cümlədən "Sokolniki" və "Losin Ostrov" ictimai parklarında yerləşdirilməsi barədə məlumat verilmişdi.

Qeyri-rəsmi məlumatlara görə, belə sistemlərdən biri də Rusiya Müdafiə Nazirliyinin binasının damında quraşdırılıb.

Ağarza Elçinoğlu