"Fransa ilin sonuna kimi müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalı və nüvə qüvvələrini modernləşdirməlidir ki, bu da Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yaranmış təhlükələrlə üzləşməyə imkan verəcək".

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Mont de Mansan qəsəbəsi yaxınlığındakı Landes Departamentində Hərbi Hava Qüvvələri bazasına baş çəkərkən fransız əsgərlərinə müraciətində deyib. 

Makron 2024-2030-cu illər arasında müdafiəyə 413 milyard avro xərcləməyi təklif edir. Onun fikrincə, bu, dünyanın azad, təhlükəsiz və firavan inkişafına zəmanət verəcək.

Fransanın 2019-2025-ci illər hərbi büdcəsi 295 milyard avro xərcləməyi nəzərdə tuturdu.

Makron çıxışında hibrid müharibə təhlükəsi, həyati vacib infrastruktura kiberhücumlar və terrorizm təhlükələrindən də danışıb.

Fransa rəhbəri bildirib ki, ölkə nüvə qarşısının alınmasını gücləndirməlidir. Onun sözlərinə görə, nüvə silahının olması Fransaya Avropa İttifaqında xüsusi status verir.

"Fransada əsrin bütün çağırışlarına hazır olacaq orduları var və gələcəkdə də olacaq", - Emmanuel Makron əmin edib.