Serbiyanın mədən və energetika naziri Dubravka Djedovic-Neqre ölkədə böyük qızıl yatağının tapıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın RTS radio və televiziya mərkəzi məlumat yayıb .

Nazirin qeyd etdiyi kimi, yataqlar Jaqubitsa bələdiyyəsində, ilkin ölçüləri 500x250x80 metr olan Çoka Rakita ərazisində aşkar edilib.

İlkin nəticələrə görə, yataq 93%-dən yuxarı saf qızıl konsentratının istehsalına imkan verir.

"Bu kəşf Serbiyada qızıl filizi ehtiyatlarının potensialının əhəmiyyətli dərəcədə artması baxımından vacibdir" deyən Djedovic-Negre, layihənin təhlil mərhələsində olduğunu və əlavə araşdırma tələb etdiyini söyləyib.

Bundan əvvəl LKAB dağ-mədən şirkəti İsveçin Arktika hissəsində ən son texnologiyaların istehsalı üçün zəruri olan nadir torpaq metallarının ən böyük yataqlarının aşkar edildiyini açıqlamışdı .