Rusiya hərbçiləri Donetsk istiqamətində Mesopotamiya yaşayış məntəqəsini nəzarətə götürüb.

"Unikal"  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Hücum nəticəsində Ukrayna birləşmələri 50-yə qədər ölü və yaralı, həmçinin iki döyüş zirehli maşını, üç pikap və iki D-20 və D-30 haubitsasını itirib", - deyə məlumatda qeyd olunub. 

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində Lobkove qəsəbəsinin ələ keçirildiyini açıqlayıb.

Seymur Əli