Estoniyanın ardınca Latviya fevralın 24-dən Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq. 

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç Tvitter hesabında bildirib. O əlavə edib ki, bu qərar Rusiya Federasiyasının Ukraynadakı fəaliyyəti ilə bağlıdır.

Diplomat bildirib ki, Rusiyanın Ukraynaya qarşı davam edən qəddar hərəkətləri və Estoniya ilə həmrəy olaraq, Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq və Rusiyadan buna uyğun hərəkət etməyi tələb edəcək .

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib . Respublikanın Rusiya Federasiyasındakı səfiri Marqus Laidre nazirliyə çağırılaraq Baltikyanı ölkənin Moskvaya qarşı hərəkətləri ilə əlaqədar etiraz notası təqdim edilib. Estoniyalı diplomat iki həftə ərzində, lakin fevralın 7-dən gec olmayaraq Rusiya ərazisini tərk etməlidir.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiyanın Tallinndəki səfiri Vladimir Lipaev Laidrenin Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkəni tərk etməlidir. Bu addım Rusiya Federasiyasının diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına cavabdır.