Ankarada Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iclası başlayıb.

"Unikal" xəbər verir ki, Türkiyə mənbələrinin məlumatına görə, gündəmdəki mövzulardan biri də İsveçin NATO-ya üzvlüyü məsələsidir.

Hökumətin iclasından əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Stokholmda müsəlmanların müqəddəs kitabı Quranın yandırıldığı son aksiyaya münasibət bildirərkən deyib: “Biz bu cür hadisələrə göz yuma bilmərik. Hər şey belə davam edərsə, NATO-ya üzvlüklə bağlı yanaşmamızın necə olacağı göz qabağındadır”.