Ukrayna prezidenti Volodimir Zelenski hazırda Kiyev Regional Administrasiyasının keçmiş rəhbəri olan Aleksiy Kulebanı öz ofisinin rəhbərinin müavini təyin edib.

"Unikal" xəbər verir ki, bunula bağlı Zelenski sərəncam imzalayıb. 

"Aleksey Vladimiroviç Kuleba Ukrayna prezidentinin aparat rəhbərinin müavini təyin edilsin", - çərşənbə axşamı Ukrayna prezidentinin saytında dərc olunan sərəncamda deyilir. Sənəd Kulebanın vilayət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərmandan dərhal sonra dərc edilib.

Çərşənbə axşamı Zelenski öz ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun istefası haqqında fərman imzalayıb.