Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya gedib.

"Unikal" xəbər verir ki, Ukrayna Prezidentini daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə London Stansted hava limanına eniş edib.

***12:40

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək. 

"Unikal" "Sky news"a istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı krallıqda Baş nazir Rişi Sunak və burada təlim keçən Ukrayna hərbçiləri ilə görüşəcək. 

Bu, Ukraynaya müharibə başlandıqdan sonra Zelenskinin Britaniyaya ilk səfəridir.

Ağarza Elçinoğlu