Suriyanın Hələb şəhərində zəlzələ nəticəsində dağılan binanın dağıntıları altından balaca körpənin xilas edildiyi anlar sosial mediada əksini tapıb.

"Unikal" xəbər verir ki, yalnız başı görünən və ağlayan körpə qruplar tərəfindən çətinliklə dağıntılar altından çıxarılıb.

Xilasetmə qrupunun körpənin qardaşlarını və ailəsini çıxarmaq üçün saatlarla mübarizə apardığı bildirilib.