"Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib".  

"Unikal" "Sputnik Armania"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab aldıqlarını bəyan edib. 

"Danışıqlar prosesi dayanmayıb və Azərbaycan tərəfinin şərhləri əsasında Ermənistan tezliklə yeni şərhlərlə çıxış edəcək",- XİN başçısı vurğulayıb.