Böyük Britaniya anti-Rusiya sanksiya siyahısına daha 15 rus fiziki və hüquqi şəxsi daxil edib. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi barədə fevralın 8-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukrayna prezidenti Volodimir Zelenskinin Londona səfəri zamanı  bəyan edib.

"Mən qanunlarımıza uyğun olaraq qərarlıyam ki, Ukraynanın ərazi suverenliyi və bütövlüyünə təhdidlərini birdəfəlik dayandırana qədər Rusiya dondurduğumuz aktivlərə çıxış əldə etməyəcək", - deyə Kleverli qeyd edib. 

Sanksiya siyahısına hərbi texnika təmin edən altı təşkilat, həmçinin maliyyə şəbəkələri ilə əlaqəli səkkiz fiziki və bir hüquqi şəxs daxildir.

Ağarza Elçinoğlu