Böyük Britaniya kralı III Çarlz fevralın 8-də bu ölkəyə səfər edən Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşəcək. 

"Unikal" krallıq KİV-lərinə istinadən xəbər verir ki, Bukinqam Sarayı Kralla Zelenskinin görüşünü təsdiqləyib. 

Bu, Ukrayna prezidentinin müharibə başlandıqdan sonra Britaniyaya ilk səfəridir. 

Kral III Çarlz və Volodimir Zelenskinin hansı mövzuları müzakirə edəcəyi hələlik açıqlanmır.

Ağarza Elçinoğlu