Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyadan sonra Fransaya səfər edə bilər.

"Unikal" xəbər verir ki, o, Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək.

“London səfərindən sonra Ukrayna Prezidenti Zelenskinin bu çərşənbə axşamı Parisdə olması gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, Zelenski bu gün Britaniyaya səfər edib. O, Britaniya baş naziri Rişi Sunakla görüşüb, daha sonra Britaniya parlamentində çıxış edib.