İtaliyanın baş naziri Giorgi Meloni fevralın 9 -da Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenski ilə  görüşməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, məlumata görə, siyasətçilər Aİ sammiti çərçivəsində ikitərəfli görüş keçirməyə hazırlaşırlar .

Zelenski və Meloni arasında gələcək danışıqların mövzuları ilə bağlı heç bir təfərrüat verilməsə də, lakin İtaliyanın baş naziri Ukrayna prezidenti ilə görüşmək istəyini dəfələrlə bildirib. Bundan əlavə, İtaliya hökumətinin başçısı ötən il seçkilərdə qələbə qazandıqdan sonra Ukrayna paytaxtına səfər etmək niyyətində idi, lakin hələ ki, bunu etməyib.

Fevralın 8-də Zelenski Böyük Britaniyaya rəsmi səfərə gəlib və  burada Kral III Çarlz da daxil olmaqla Britaniya rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Müxtəlif KİV-lərin məlumatına görə,  siyasətçi Londondan Parisə yola düşəcək, orada fransalı həmkarı Emmanuel Makronla görüşəcək, daha sonra Aİ sammiti üçün Brüsselə gedəcək.

Bundan əvvəl Almaniya kansleri Olafın Parisdə Zelenski ilə görüşə hazırlaşdığı bildirilirdi .