Yunanıstan Türkiyəyə daha bir qrup xilasedici göndərib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Türkiyədəki səfirliyi məlumat yayıb.

“Yunanıstanın ikinci xilasedici qrupu Türkiyəyə doğru yol çıxdığını bildirməkdən məmnunluq duyuruq. Qrupa 15 yanğınsöndürən, 2 xilasedici it, 3 həkim və inşaat tullantıları sahəsində ixtisaslaşmış 1 yanğınsöndürmə mühəndisi daxildir”, - səfirliyin tvitində qeyd olunub.