Suriya və Livan sərhədi yaxınlığında 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə SANA agentliyi seysmoloji mərkəzə istinadən məlumat yayıb.

Məlumata görə,  mənbə 30 km dərinlikdə olub. Yeraltı təkanlar Suriyanın En-Nebk şəhərinin şimal-qərbində yerli vaxtla saat 21:58-də  qeydə alınıb.